Ən çox istifadə olunan Load Balancer alqoritmləri

Load Balancer hər hansı bir serverin nəzərdə tutulandan artıq yüklənməsinin qarşısını almaq üçün istifadə olunan qurğu və ya proqram təminatıdır (hardware or software). Serverə yönləndirilən sorğu Load balancer (Yük balanslaşdırıcısı) tərəfindən qəbul edilir və əvvəlcədən müəyyən olunan alqoritmə əsasən müvafiq serverə yönləndirilir. İş yükünün bölüşdürülməsi üçün əsas iki yanaşma mövcutdur.

  • Dinamik iş yükü bölgüsü (Dynamic load balancing)
  • Statik iş yükü bölgüsü  (Static load balancing)

Dinamik iş yükü bölgüsü zamanı hər bir serverin cari vəziyyəti nəzərə alınır və trafiq uyğun serverlərə yönləndirilir. Statik iş yükü bölgüsü zamanı isə bunlar nəzərə alınmmır. Sorğular müəyyən bir sıra ilə və ya təsadüfi şəkildə serverlərə yönlədirilir.

Dinamik iş yükü bölgüsü alqoritmləri:

Least connection : Hansı serverlərin həmin anda ən az bağlantıya malik olduğu yoxlanılır və həmin serverlərə trafik yönlədirilir. Bu alqoritm bütün sorğuların təxminən bərabər emal gücü tələb etdiyini nəzərdə tutur.

Weighted least connection: Bəzi serverlərin digərlərindən daha çox soruğunu idarə edə biləcəyini nəzərə alaraq hər bir serverə müxtəlif sayda sorğu yönləndirməyə  imkanı verir.

Weighted response time: Hər bir serverin cavab müddətini ortalayır və sorğunun hara göndəriləcəyini müəyyən etmək üçün hər bir serverdə açıq olan bağlantıların sayı ilə birləşdirir. Ən sürətli cavab verəcək serveri müəyyən edir və sorğunu bu serverə yönləndirir. Beləliklə, alqoritm istifadəçilər üçün daha sürətli xidmət təmin edir.

Resource-based: Hər bir serverdə mövcud olan resursların (CPU və RAM) yüklülüyünə uyğun yönləndirmə edilir. Hər bir serverdə işləyən xüsusi proqram təminatı ("agent" adlanır) serverin mövcud CPU və RAM -ın iş yükünü ölçür və Load Balancer həmin serverə trafiki paylamazdan əvvəl agentə sorğu göndərir. 

Statik iş yükü bölgüsü alqoritmləri:

Round robin: Sıralı olaraq seçildiyi və sorğunun bu şəkildə paylanıldığı alqoritmadır. Bu algoritmada load balancer siyahıdakı ilk serveri seçir və sonra sırayla siyahının altına doğru davam edir. Siyahının sonuna gəldikdə təkrar üstdən başlayaraq sırayla aşağıya doğru seçim davam edir.

Weighted round robin: Administratora hər serverə müxtəlif sayda sorğu təyin etməyə imkan verir. Daha çox sorğunu idarə edə bilən serverlərə daha çox sorğu yönləndirilir.  

IP hash: Bu algoritmada klientin (sorğunu göndərən tərəf) IP adresi ilə serverin IP adresinden riyazi funksiya istifadə edərək hash kod əldə edilir. Bu hash vasitəsi ilə sorğunun hansı serverə yönləndirililəcəyi müəyyən olunur və bu üsul ilə müəyyən bir istifadəçinin davamlı olaraq eyni serverə bağlanması təmin olunur (Bəzi növ Load Balancer-lar IP adresinin müəyyən oktetinə görə eyni serverə yönləndirməyə imkan verir). 







Yorum Gönder

Daha yeni Daha eski