Sıralama alqoritmləri - Seçmə üsulu (Selection Sort)

Salam. Sıralama alqoritmləri, proqramçının bilməli olduğu təməl biliklərin siyahısında öndə gələn alqoritmlərdən biridir.Bu alqoritmlərdən axtarışda, məlumatın oxunaqlığının artırılmasında, sıralanmış məlumatları istifadə edən digər alqoritmlərdə istifadə oluna bilir. Biz aşağıdakı sıralama alqoritmlərini öryənməyə çalışacağıq. Bunuda qeyd edək sıralama alqoritmləri indidə üzərində işlənən, yeni üsulları axtarılan alqoritmlərdəndir.

1.Selection Sort    
2.Insertion Sort    
3.Heap Sort    
4.Merge Sort   
5.Quick Sort   
6.Bubble Sort   
7.Shell Sort   
8.Comb Sort  
9.Bucket Sort  
10.Radix Sort 

Sıra ilə bu alqoritmləri istifadə edərək nümunə kodlarımızı yazacağıq. İlk olaraq "Selection Sort" alqoritminə baxaq. Koda keçməzdən əvvəl alqoritmini sözlə təsvir etməyə çalışaq. Massivin elementləri arasında dövr edilərək müqayisə yolu ilə ən kiçik element tapılır. Daha sonra tapılan indeksdəki elementin dəyəri massivin cari dövrdəki elementi ilə əvəzlənilir və yenidən kiçik element axtarılır. Daha aydın olması üçün aşağıdakı nümunəmizə baxaq.



Qeyd: İsifadə olunan alqoritm  https://www.csharpstar.com/csharp-algorithms/ saytından götürülüb.

Yorum Gönder

Daha yeni Daha eski