C# ilə dinamik kompiliyasiya

Hazırladığımız proyektlərdə istifadəçilərin tələblərinin tez-tez dəyişməsi və ya kodların yanlış yazılması proqramlarımızda dəyişiklik etməyə səbəb ola bilir.(İstifədəçi tələbləri üçün proqramınızı daha dinamik şəkildə yazaraq dəyişiklikləri istifadəçinin etməsini təmin edə bilərsiniz) Xüsusəndə web proyektlərdə bu iş həm vaxt itkisinə həmdə müəyyən problemlərə səbəb ola bilir (Bir neçə proqramçının bir proyekt üzərində işlədiyini nəzərə alsaq, bu işin asan olmadığını daha yaxşı başa düşə bilərik). Bəzən çox sadə bir dəyişiklik üçün bütöv bir proyekti yeniden serverə atmaq lazım gələ bilir. Bu halın qarşısını almaq üçün tez-tez dəyişən hissələri verilənlər bazasında saxlayaraq (MS SQL, Oracle və s.) müəyyən yanaşmalarnan  idarə etmək mümkündür. Məsələn hesablama tələb eden hissələri verilənlər bazasında prosesdurlara  yazaraq kodda dəyişiklik etməyin qarşısını ala bilərsiniz.  Bəzi hallarda bu üsul bizə kifayet olmaya bilir. Proqramı daha  dinamik hala gətirmək üçün C# kodlarımızı  verilənlər bazasında saxlayaraq lazım gəldikdə kompiliyasiya edə bilərik. Aşağıdakı sitaksisdən istifadə edərək online kompiliyatorunuzu belə yaza bilərsiniz( e-olymp.com, informatika.edu.az kimi).



Yorum Gönder

Daha yeni Daha eski